12px13px15px17px
Tarix:06/08/12

“Avtomatik alim”

Kembric Universitetində (ABŞ) iri həcmli elmi ədəbiyyatları “oxuya bilən” kompyuter sistemi hazırlanır. “Computerworld” jurnalının məlumatına görə, sistem ədəbiyyatlardan götürülmüş faktları sürətlə əlaqələndirərək fərziyyələr irəli sürmək qabiliyyətinə malikdir. Biotibb sahəsində nəşrlərin sayı həddindən çox olduğundan bu ixtisas üzrə təhsil alan tələbələrin əksəriyyəti materialları tam mənimsəməyə müvəffəq olmurlar.
 
Amerikanın Mili tibb kitabxanasının kataloqunda artıq 19 milyondan çox vəsait mövcuddur və bu rəqəm hər gün 4 min artır. Məsələn, xərçəng xəstəliyinə dair tədqiqatlar göstərir ki, bu sahədə nəşrlərin sayı tezliklə o qədər artacaq ki, fərziyyələrin hazırlanması üçün mühüm olan faktlar “kölgədə qalacaq”. Belə ki, “avtomatik alim” oxuma prosesində informasiyanın keyfiyyətini qiymətləndirəcək, oxşar fakt və əlaqələri axtaracaq, sonra isə fərziyyələr yaradacaq.




Baxış sayı: 1231

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024