12px13px15px17px
Tarix:07/08/12

Şəkidə bütün poçt şöbələri bank xidməti göstərir

Regionlarda informasiya və kommunikasiya texnologiyalarının yüksək səviyyədə inkişafı bütün sahələr kimi, poçt şöbələrinin də müasir avadanlıqlarla təchiz edilməsinə şərait yaradıb.

Belə ki, Şəkidə  Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədov bildirib ki, qovşaq tərəfindən bütün kəndlərin mərkəzi stansiyalarla birləşdirici xətlərinin optikləşdirilməsi Şəkinin poçt  şöbələrinin “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq bank və maliyyə xidmətləri göstərməsinə şərait yaradıb. Hazırda filialın bütün poçt şöbələri kompyuterləşdirilib və aktiv bank xidmətlərinə başlanılıb.

”Azərpoçt” MMC-nin dəstəyi ilə bütün poçt şöbələri Mərkəzi Bank tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KOMİS) qoşulub. Vətəndaşlardan nağd ödəniş qəbul edilərkən poçt şöbələri tərəfindən kompyuterlərdən çap olunan mədaxil qəbzləri verilir. Bundan başqa poçtda hüquqi və fiziki şəxslərə bank xidmətləri göstərmək üçün cari və subhesabların açılması əməliyyatları aparılır.




Baxış sayı: 2018

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024