12px13px15px17px
Tarix:07/08/12

Vakant dövlət qulluğu ilə bağlı müsabiqədə iştirak üçün elektron qaydada da müraciət etmək olar

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il 7 avqust tarixindən müsabiqə  elan edir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə komissiyanın Mətbuat xidmətindən verilən məlumata görə, dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində komissiyaya müraciət edə bilərlər.

Forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər.

Müsabiqəyə dair ətraflı məlumat Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (http://www.dqmk.gov.az/ ) verilib.




 
CAHANGİR




Baxış sayı: 1335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024