12px13px15px17px
Tarix:07/08/12

Avropa əhalisi daha çox internet-mağazalardakı endirimlərdən istifadə edir

Avropanın bir sıra ölkələrində baş verən iqtisadi böhran avrozonada yerləşən digər dövlətlərə də təsir edib. Bu səbəbdəndir ki, Avropa əhalisi öz ölkələrinin çağırışlarına qoşularaq qənaət etməyə başlayıblar. Belə ki, avrozonada yaşayanlar daha ucuz ərzaq alır, iri alqı-satqıları azaldır və getdikcə daha çox internet-mağazalardakı endirimlərdən istifadə edirlər. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, hazırda Avropada işsizlik rekord həddədir, tənəzzül dərinləşir.

Bununla yanaşı, avropalıların istehlakçı vərdişlərinin dəyişməsi iqtisadiyyata və şirkətlərin gəlirlərinə uzunmüddətli təsir göstərə bilər».

Son statistik məlumatlar göstərib ki, avrozona ölkələrinin 17-də istehlakçı əminliyi göstəricisi 2009-cu ildən indiyədək ən aşağı həddə düşüb.

Bu il Qərbi Avropada mal və xidmətlər üzrə istehlak xərclərinin 0,9% azalması gözlənilir. Artıq fransızlar bu ilin II rübündə I rübə nisbətən 0,2% az pul xərcləyiblər. «Euromonitor International» şirkətinin apardığı bazar araşdırmaları göstərib ki, baş verənlər ən çox ərzaq bazarına təsir edir.

Uzun illər ərzində avropalılar ev üçün ərzaq mallarına amerikalılardan az qala 2 dəfə çox pul xərcləyirdilər. Amma yüksək qiymətlər insanları ərzağa da qənaət etməyə vadar edir. Bu il Qərbi Avropada ailə üçün ərzaq xərcləri 2,7% azalacaq. İstehlakçılar sərt qənaət rejiminə keçir və daha çox endirimli qiymətlə mal satan supermarketlərdən alqı-satqı etməyə üstünlük verirlər.

SEYMUR




Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024