12px13px15px17px
Tarix:07/08/12

“HTC” şirkəti "planşetofon" hazırlayır

"HTC" şirkəti "planşetofon" kateqoriyasına məxsus 5 düymlü qurğu hazırlayır. Bu barədə etibarlı mənbələrə istinadən "DigiTimes" nəşri bildirib. "Planşetofon" dedikdə planşet və smartfon aralığında yer alan qurğu nəzərdə tutulur.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, aparat 5 düym diaqonallı (1920x1080 nöqtə) ekranla təchiz olunacaq və əməliyyat sistemi kimi "Google Android" (versiya haqqında məlumat yoxdur) quraşdırılacaq. Qurğu satışa sentyabr və ya oktyabrda çıxarıla bilər.

"Samsung" şirkəti 2011-ci ilin oktyabrında 5.3 düymlü "Galaxy Note" istehsal edərək "planşetofon" kateqoriyasını açmış oldu.

Məlumat üçün bildirək ki, hazırda "HTC" şirkətinin vəziyyəti heç də yaxşı deyil. 2012-ci ilin ikinci rübündə Tayvan şirkətinin mədaxili 33 faiz azalaraq 3 milyard dollar təşkil edib. Xalis mənfəət isə 30 faiz azalıb. "HTC" şirkəti  gəlirin azalmasını smartfon bazarında rəqabətin güclənməsi ilə izah edib.

EMİL



Baxış sayı: 1379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024