12px13px15px17px
Tarix:07/08/12

Mobil telefon bazarında yeni ad - “Caspian Mobile”

Azərbaycanda mobil telefon bazarında azad  rəqabət var. Bu  rəqabət şəraitində "Caspian Mobile Ltd" şirkəti istifadəçilərə ən keyfiyyətli telefonlar təqdim edir. Şirkət 12 oktyabr 1999-cu ildə Azərbaycanda mobil cihaz və aksessuar satışı və eləcə də onların təmiri xidməti ilə Azərbaycan telekommunikasiya bazarına daxil olub və sürətlə inkişaf edərək hazırda dünya bazarında ən son brend mobil telefonların rəsmi distribüteri olaraq fəaliyyət göstərir.

Hazırda "Caspian Mobile Ltd" "Blackberry", "İphone", "General Mobile", "Philips", "ZTE",  "HTC" telefonlarının Azərbaycanda rəsmi eksklüziv distribüteridir  və bu da öz növbəsində müxtəlif kateqoriyadan olan müştəri bazası deməkdir.

Geniş "Product Portfolio"-a malik "Caspian Mobile" şirkəti Bakı şəhəri ərazisində ümumilikdə 400-ə yaxın dilerlə aktiv mobil telefon satışı ilə məşğuldur.
Qısa zaman kəsiyində mobil telefon bazarında möhkəmlənən "Caspian Mobile" şirkəti eyni zamanda bir çox sosialyönümlü layihələrdə də iştirak edib.

Buna misal olaraq qeyd etmək olar ki,  2012-ci il may ayının 8-də "Caspian Mobile", "Mobitel"  və "Integral" şirkətləri İKT informasiya mərkəzinin təşkilatçılığı ilə birgə  Azərbaycanda mobil telefon istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə "Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq’’ adlı  müsabiqədə iştirak edib. Müsabiqənin şərtlərinə müvafiq olaraq 4 ən yaxşı  yazı müəllifi və iştirakçılar "Caspian Mobile" şirkəti tərəfindən mükafatlandırılıb.

Onu da qeyd etmək lazımdır ki, "Caspian Mobile" şirkəti mobil telefon bazarında daha çox ilklərə imza atmaqla yadda qalmışdır. Şirkət mütəmadi olaraq mobil telefon istifadəçilərinə yeni modellər təqdim edir və onların satışını reallaşdırır.
 




Baxış sayı: 8431

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024