12px13px15px17px
Tarix:16/07/11

ABŞ və Rumıniyada böyük haker dəstəsi saxlanılıb

Rumıniya və Amerika hüquq-mühafizə orqanlarının birgə bəyanatında bildirilib ki, Rumıniya və ABŞ ərazisində olan təşkil edilmiş haker qruplaşmasına qarşı uğurlu əməliyyat keçirilib. Bəyanatda bildirilir ki, keçirilmiş həbslər hələ 2010-cu ildə başlanmış əməkdaşlıq proqramının nəticəsi idi.
Amerika Ədliyyə Nazirliyi bildirib ki, dünənki həbslər nəticəsində 21 insan saxlanılıb və həbslər ABŞ və Rumıniya ərazisində olub. Rumıniya və Amerika hüquq-mühafizə orqanları araşdırma çərçivəsində haker qrupu ilə bağlı 100-dən çox insan saxlayıb və dindirib.
Saxlanılanların internet vasitəsilə pul ödənişləri ilə bağlı fırıldaqlarla məşğul olduqları, həmçinin internetdə saxta mallarla ticarət etdikləri bildirilib. Bundan başqa, haker qruplaşması internet-hərraclarda dələduzluqla məşğul olub, belə ki, satışa mövcud olmayan malları çıxardıb və onları saxta ad və sənəd üzrə satıblar. Həbslər bir neçə ştatda, xüsusilə Floridada, Pensilvaniya və Missuri, Texas və Kentukkidə keçirilib. İndi polis ittiham siyahısını hazırlayır.



Baxış sayı: 1162

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024