12px13px15px17px
Tarix:09/08/12

Fransanın bir neçə şəhərində ilin sonunadək dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə veriləcək

2012-ci ilin sonunadək Fransanın Marsel, Lion və Nant şəhərlərində dördüncü nəsil mobil rabitəsi (4G) istifadəyə veriləcək. Bu meqapolislərdə mobil siqnalın ötürülməsi üçün lazımi avadanlığın quraşdırılması ilə Fransanın ən böyük mobil operatorlarından biri olan "Oranj" şirkəti məşğul olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ötən ilin oktyabrında məlumatları saniyədə 100 Mbitdən yuxarı sürətlə ötürməyə imkan verən dördüncü nəsil mobil rabitəsi Fransanın qərbində yerləşən Brest şəhərində sınaq rejimində istifadəyə verilib. "İmajinLab" adlı bu layihəyə Fransa hökuməti nəzarət edirdi və onun inkişafına 3 milyon avro ayrılmışdı.

Lakin “4G” şəbəkəsinin ticari yoxlaması ilk dəfə iyulun əvvəlində ölkənin cənubunda yerləşən Marsel şəhərində baş tutub. Təxminən 2 min insan, həmçinin yerli "Olimpik" futbol klubunun direktor və məşqçiləri birinci olaraq “4G” şəbəkəsinə qoşulmuş mobil telefonlara sahibləniblər. "Marsel şəhərində quraşdırılmış  200 antenadan 150-si artıq müasirləşdirilib.

"Oranj" şirkəti növbəti ilin yayınadək dördüncü nəsil rabitəsini Fransanın daha 12 şəhərində quraşdırmaq niyyətindədir. Operatorun hesablamalarına görə, 2014-cü ilin ortalarında Fransa  əhalisinin yarıdan çoxu yeni telekommunikasiya xidmətinə çıxış  əldə etməlidir.

“Oranj” şirkətinin baş direktoru Stefan Rişarın sözlərinə görə, "dördüncü nəsil mobil rabitəsi - simsiz telekommunikasiya sistemlərinin inkişafında yeni mərhələdir. Ötən 5 il ərzində mobil məlumatların ötürülməsi həcmi 68 dəfə artıb. Mobil rabitə vasitəsilə informasiya mübadiləsi texnologiyasını dəyişdirmək vaxtı yetişib" - o izah edib.
 
EMİL




Baxış sayı: 1186

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024