12px13px15px17px
Tarix:09/08/12

Yeni “iPhone” smartfonu daha nazik olacaq

Növbəti nəsil “iPhone” smartfonunun qalınlığı “iPhone 4S” qurğusundan 18 faiz daha nazik olacaq. Onun qalınlığı 7,6 millimetr (mm) təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, yeni qurğunun uzunluğu 123,83 mm, eni 58,47 mm təşkil edəcək. Müqayisə üçün: “iPhone 4S”-in ölçüsü 115,2 x 58,6 x 9,3 mm təşkil edir.

“AppleInsider”-in verdiyi məlumata görə, yeni smartfonun daha nazik olması bir neçə səbəblə bağlıdır. Onlara yığcam elektron komponentlər və Nano-SIM üçün yeni slotdan istifadə aiddir.Yeni nəsil “iPhone” smartfonunun sentyabrın 12-də təqdim ediləcəyi gözlənilir.




 
EMİL




Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024