12px13px15px17px
Tarix:10/08/12

“Hesab.az” portalında ödəmələri hissə-hissə aparmaq mümkündür

“Unibank”  “Hesab.az” ödəmələr portalı ilə birgə aksiyaya start verib. Artıq Bankın “Albalı” taksit kartları bu ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, internet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.

“ICTnews” elektron xəbər xidmətinin  “Unibank”a istinadən verdiyi məlumata görə, aksiya çərçivəsində «Albalı» taksit kartları üzrə müştərilərə xüsusi olaraq 5 qat bonuslar təqdim edilir. Bu zaman onların “Hesab.az” portalında hədiyyə və mükafat qazanmaq şansları da 5 qat artır. “Unibank”ın digər kartları üzrə “Hesab.az” tərəfindən təqdim edilən bonuslar adi kartlardan fərqli olaraq 3 dəfə çoxdur.

«Albalı» kartları xüsusi olaraq nağdsız ödənişlər üçün buraxılır və sahiblərinə məbləği 3 min AZN-dək, müddəti isə üç ilədək kredit xətlərinin cəlb olunmasını təmin edir. Bu zaman alınan malların ödənilməsi hissə-hissə aparılır və hər növbəti ayın 1-dən 10-dək həyata keçirilir. Qeyd edək ki, bu növ taksit kartlarının “Unibank”da sifarişi üçün zamin tələb olunmur.

 Xatırladaq ki, “Hesab.az” portalının bütün xidmətləri onlayn rejimində həyata keçirilir və pulsuzdur. Ödəmələr bu zaman mobil telefonlar vasitəsi ilə də aparıla bilər (m.hesab.az). Tranzaksiyaların təhlükəsizliyi tanınmış “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin nəzarəti altında təmin olunur (VeriSign SSL-şifrələnmə əsasında). Hal-hazırda ödəmə portalının istifadəçilərinin sayı 20 minə yaxındır. “Albalı” kartlarının sifarişi və Bankın “Hesab.az”-la birgə aksiyası barədə ətraflı məlumatı “117” telefon nömrəsi üzrə əldə etmək olar.

CAHANGİR




Baxış sayı: 1756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024