12px13px15px17px
Tarix:10/08/12

Dağlıq Şirvanda həyata keçirilən texnologiya layihələrinə güzəştli kredit verilib

Son illər ərzində Dağlıq Şirvan iqtisadi rayonu üzrə 740 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 24 milyon manatadək, o cümlədən müasir texnologiyalara əsaslanan 9 layihənin maliyyələşdirilməsinə 6 milyon manatdan çox güzəştli kredit verilib.

Bu müəssisələrdən 5-i istifadəyə verilib, 4 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ümumilikdə bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1610 sahibkara 147 milyon manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına 6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri gələcəkdə də davam etdiriləcək”.
 



HƏQİQƏT




Baxış sayı: 1138

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024