12px13px15px17px
Tarix:10/08/12

Hakerlər Avstraliya Kəşfiyyat Təşkilatının saytına hücum edib

Populyar “Anonymous” haker qruplaşması Avstraliya Kəşfiyyat Təşkilatının (ASIO) saytına hücum etməsi haqqında bəyanat yayıb. Bu barədə Avstraliyanın “Sydney Herald” qəzeti yazıb.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, “ASIO”-nun saytı cümə günü təxminən 30 dəqiqə ərzində əlçatmaz olub və kəşfiyyat xidmətinin əməkdaşları işlərində müəyyən "maneə"lərin yarandığını etiraf ediblər.

Qeyd edək ki, “Anonymous” beynəlxalq haker hərəkatı internetdə senzuranın istənilən formasına qarşı çıxır. Qrup etiraz əlaməti olaraq müxtəlif dövlət saytlarını və təhlükəsizliklə mübarizə aparan iri təşkilatların saytlarını “sındırır”.

EMİL



Baxış sayı: 1530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024