12px13px15px17px
Tarix:10/08/12

Veb-analitika üzrə konfrans keçiriləcək

8-9 noyabr 2012-ci il tarixlərdə Moskvada (Rusiya) veb-analitika və İnternet-marketinqin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş sayca ikinci konfrans keçiriləcək.

"Инфопространство" mərkəzində baş tutacaq tədbirdə İnternet-marketinq və veb-analitika sahəsi üzrə ekspertlər, həmçinin Rusiyanın iri şirkətlərini təmsil edən İnternet-marketoloqlar və digər mütəxəssislər çıxış edəcəklər.

lenta.ru saytının məlumatına görə, konfransın əsas məruzəçiləri qismində İnternet-marketinq və veb-analitika üzrə dünyada tanınmış ekspertlər - Brayan Ayzenberq və Ceffri Ayzenberq çıxış edəcəklər.

Tədbirin əsas müzakirə mövzusu veb-analitika alətlərinin xülasəsi və onlardan istifadə qaydaları. API alətləri; sayt və tafikin konversiyası; onlayn+oflayn. Riyaziyyat və alqoritmlər. "Mürəkkəb" veb-analitika və s.



Baxış sayı: 1373

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024