12px13px15px17px
Tarix:13/08/12

İran rəsmisi: müasir internet bir-iki qərb dövləti tərəfindən idarə olunur

İranın Telekommunikasiya və informasiya texnologiyaları naziri müasir veb-məkanın "etibarsız" olduğunu bildirib. Onun sözlərinə görə, internet bir və ya iki dövlət tərəfindən idarə olunur. Buna görə İran gələcəkdə şəxsi ümummilli şəbəkəsinin yaradılması haqqında qərar qəbul edib.

İranın telekommunikasiya naziri Rza Takipur müasir internetin qərb ölkələri tərəfindən idarə olunduğunu bildirib, məhz onlar nəyin düz olub-olmadığına qərar verirlər. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Rza Takipurun sözlərinə görə, İran yaranmış vəziyyətdə çıxış yolunu şəxsi internetini yaratmaqda görür.

Lakin qərb ölkələri hesab edir ki, məhz İran internetində ən amansız senzura tətbiq ediləcək. "Təəssüf ki, "Ümumdünya hörümçək toru" bir çox ölkələrin görmək istədiyi kimi ümumi deyil. O, bir və ya iki qərb dövləti tərəfindən idarə olunur" - o bildirib. İranın Telekommunikasiya və informasiya texnologiyaları naziri məhz hansı ölkələrin "internetin sahibi" olduğunu açıqlamayıb. Lakin söhbətin hansı ölkələrdən getdiyini təxmin etmək elə də çətin deyil. İran hakimiyyəti artıq çoxdan bəri "təmiz internet" yaratmaq planı haqqında danışır.

Hakimiyyət "təmiz internet" adı altında "Twitter", "Gmail", "Facebook" kimi xidmətlərə çıxış imkanının olmamasını nəzərdə tutur. Bütün bunları İranın şəxsi xidmətləri ilə əvəz etmək planlaşdırılır. İranın şəxsi xidmətləri fəaliyyət göstərmək üçün dövlətdən lisenziya almalı olacaqlar və nəticədə bir sıra məhdudiyyətlər tətbiq ediləcək.


EMİL



Baxış sayı: 1400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024