12px13px15px17px
Tarix:13/08/12

Elektron xidmətlər sayəsində ƏDV depozit hesabına köçürülən vəsaitlər artıb

Cari ilin birinci yarısında Vergilər Nazirliyi tərəfindən ödəyicilərə göstərilən elektron xidmətlərin istifadə səviyyəsi bu sahədə müsbət dinamikanın artdığını göstərir.

Belə ki, ilin 6 ayı ərzində ƏDV depozit hesabına 995,7 milyon manat vəsait daxil olub, bu hesabın daxilində vergi ödəyiciləri tərəfindən 467 mindən çox köçürmə əməliyyatı aparılıb.

Bu müddət ərzində depozit hesabdan qalıqlar nəzərə alınmaqla vergi ödəyiciləri tərəfindən ƏDV depozit hesabı vasitəsilə büdcəyə ödənilən (Dövlət Gömrük Komitəsinin göstəriciləri də daxil olmaqla) vergi məbləği 1 milyard 173,4 milyon manat təşkil edib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, 2012-ci ilin yanvar-iyun ayları ərzində vergi orqanları tərəfindən kameral vergi yoxlamaları ilə 128,9 milyon manat əlavə vəsait hesablanıb ki, bu da ümumi hesablamanın (2 milyard 771, 4 milyon manat) 4,7 faizini təşkil edir.

HƏQİQƏT



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024