12px13px15px17px
Tarix:14/08/12

Rusiyada müsəlman televiziyası yaradılacaq

Şimal qonşumuzun ərazisində müsəlman televiziyası - "Əl-RTV" fəaliyyətə başlayacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Xəbərdə bildirilir ki, "Əl-RTV" ictimai telekanalı 10 milyonlarla insan auditoriyasını əhatə edəcək. Yeni telekanal Ramazan ayının sonu, avqustun 19-dan "Trikolor" kabel televiziyasının paketində yayımlanacaq. Bildirilir ki, belə bir kanalın yaradılması ictimai tələbatdan doğur.


Belə ki, Rusiyada İslamla maraqlananların auditoriyası on milyonlarla insanı əhatə edir.Televiziya da nəinki dini, həmçinin, marketinq nöqteyi-nəzərdən olduqca maraqlı və perspektivli sahədir. "Əl-RTV"-nin baş redaktoru, televiziya və radionun Avrasiya Akademiyasının prezidenti Rüstəm Arifcan məsələ ilə bağlı mətbuata bildirib ki, sözügedən telekanal hökumət və aparıcı müsəlman birlikləri tərəfindən də dəstəklənir.

SEYMUR



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024