12px13px15px17px
Tarix:14/08/12

Köhnə telefonların 45 faizi yeni telefonların istehsalında istifadə ediləcək

Avropa Birliyi istifadə edilmiş elektronikanın toplanılması və utilizasiyası ilə bağlı yeni şərtlər qəbul edib. Belə ki, Avropa Birliyinə daxil olan ölkələr 2016-cı ildən etibarən 45 faizdən az olmayaraq satılmış və istismar müddətini başa vurmuş texnikanın materiallarından təkrar istifadə üçün utilizasiyanın təmin olunması imkanlarını nəzərdən keçirirlər.

Hazırda bu cür "zibil"in yalnız 33 faizi toplanılır. "ICTnews.az" elektron xəbər xidməti "onliner.by" saytına istinadən bildirir ki, sistemli toplama və düzgün emal qızıl, gümüş, mis, həmçinin istifadə edilmiş televizor, noutbuk, mobil telefonlardakı nadir metallar kimi materialların təkrar istifadəsi üçün vacib şərtdir.

2014-cü il fevralın 14-də Avropa Birliyinə üzv olan dövlətlər qanunvericiliklərinə düzəliş etməli olacaqlar.

EMİL



Baxış sayı: 1363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024