12px13px15px17px
Tarix:14/08/12

İsraildə kartondan ucuz velosiped yaradılıb

Karton materialdan hazırlanan velosiped – bir qədər qəribə səslənsə də, lakin israilli ixtiraçı İsqar Qafni məhz belə nəqliyyat vasitəsi yaradıb.

Kartondan hazırlanan velosiped 220 kiloqram (kq) ağırlığa tab gətirir. Velosipedin öz çəkisi isə 9 kq-dır.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, karton materialdan hazırlanan bütün detallar xüsusi tərkiblə emal edilib. Nəticədə velosiped rütubətə və oda davamlıdır.

İxtiraçı velosipedin böyük modelində istifadə olunan bütün detalların maya dəyərinin 10 dollar təşkil etdiyini bildirib. Uşaq modelinin maya dəyəri isə cəmisi 3 dollar təşkil edir. İsqar Qafni hazırda karton materialdan hazırlanan velosipedlərini kütləvi istehsal etmək üsulu haqqında fikirləşir.

EMİL



Baxış sayı: 4749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024