12px13px15px17px
Tarix:15/08/12

Dünyanın ən kiçik “MP3” pleyeri satışa çıxarılıb

Sinqapurun “Bluetree Electronics” şirkəti “theKube2” adlı “MP3” pleyerinin satışlarına başlayıb. İstehsalçının iddiasına görə, qurğu dünyanın ən kiçik ölçülü və sensor idarəetməyə malik musiqi pleyeridir. Pleyer kub şəklində hazırlanıb.

Aparatın korpusunda müxtəlif rəngli alüminiumdan istifadə edilib.

“ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, “theKube2” pleyerinin tərəflərindən biri sensor idarəetməyə malikdir. P

leyeri qoşmaq üçün barmaqla sol tərəfdəki sensor səthə toxunmaq və iki saniyə saxlamaq lazımdır. “theKube2” pleyeri 3,5 millimetrli audio konnektor və “microSD” formatlı yaddaş kartı üçün slotla təchiz edilib.

Pleyerin avtonom iş vaxtı 6 saat təşkil edir. ABŞ-da 4 QB tutumunda yaddaş kartına malik qurğunun qiyməti 45 dollar təşkil edir.

EMİL



Baxış sayı: 1192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024