12px13px15px17px
Tarix:15/08/12

“Acer” şirkəti noutbuk bazarına rəhbərlik edir

Tayvanın fərdi kompyuter istehsalçısı olan “Acer” şirkəti ən böyük noutbuk tədarükçülərinin reytinqində lider mövqedə qərarlaşıb. Bundan sonra şirkətin səhmlərinin qiyməti 5 faizdən çox artıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gartner” analitiklərinin hesablamalarına görə, “Acer” şirkəti 2012-ci ilin ikinci rübündə 7,57 milyon noutbuk tədarük edib və onun bazar payı 15,4 faiz təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən rüb şirkətin bazar payı 14.6 faizə bərabər idi. “Lenovo” və “Hewlett-Packard” (HP) şirkətlərinin bazar payı müvafiq olaraq 7,53 və 7,52 milyon təşkil edib.

“HP” şirkəti vaxtilə noutbuk tədarükləri üzrə lider olub, lakin Amerika şirkəti ikinci rübdə bu qurğuların tədarükünü 14.6 faizədək azaldıb, bazar payı isə 17,2 faizdən 15,3 faizə qədər düşüb. “Lenovo” şirkətində isə əksinə, 11 faizlik artım müşahidə olunub.

EMİL



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020