12px13px15px17px
Tarix:15/08/12

Bakıda yeni rabitə obyektləri istismara verilib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Ramazan bayramı ilə əlaqədar stansiya və xətt qurğuları üzrə bir sıra obyektlər tikilib başa çatdırılıb.

Stansiya qurğuları üzrə Suraxanı rayonunda, Şuşa qaçqınları yerləşən ərazidə 768 nömrə, Nəsimi rayonu H.Əliyev 17 ünvanında 2416 nömrə və Səbail rayonu ərazisində “Bakı Kristal Zalı”nda 208 nömrə tutumlu NGN tətbiqi ilə yeni stansiyalar, ümumi şəbəkə üzrə ayrı-ayrı telefon stansiyalarında ümumi tutumu 15632 ADSL portu olan DSLAM (rəqəmli abunə stansiyaları) quraşdırılaraq istismara verilib.

Stansiyalar arası rabitə sisteminin optik kabellərlə qurulması və Bakının bütün qəsəbə və rayonlarında optik kabellərlə geniş zolaqlı xidmətlərin təşkili məqsədi ilə Xəzər rayonunda Zirə, Gürgan, Pirallahı istiqamətində FO-24 tipli, Qaradag rayonunda Puta ATS istiqamətində FO-48 tipli optik kabel çəkilərək istifadəyə verilib. Hal-hazırda bu sahədə Qızıldaş və Korgöz istiqamətində optik kabel çəkilişi başa çatdırılır.

CAHANGİR



Baxış sayı: 868

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024