12px13px15px17px
Tarix:16/08/12

“Alma Store” və “Bakcell” birgə aksiyaya start verib

"Apple" şirkətinin Azərbaycanda rəsmi biznes partnyoru və satış mərkəzi "Alma Store" və "Bakcell" mobil operatoru birgə aksiyaya başlayıb.

"ICTnews" elektron xəbər xidmətinin "Alma Store"-a istinadən verdiyi məlumata görə, sentyabr ayının 30-dək "Alma Store" mağazalarından 3G model iPad(3-cü nəsil) alan hər kəs Bakcell-dən pulsuz Data SİM kart və 6GB internet paketi əldə edəcək.

Artıq Bakcell 3G "Sür@" ilə abunəçilər istənilən anda yüksək sürətli internetə rahat çıxış əldə edəcək və iPad-in bütün imkanlarından rahatlıqla istifadə edə biləcəklər.

Qeyd edək ki, 6GB internet paketi bir dəfəlik istifadə üçün nəzərdə tutulub. Paketin istifadə müddəti 6 aydır. İnternet paketini əldə etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur. Bonusu aktivləşdirmək üçün *134#YES kodunu yığmaq və ya skreç kart yükləmək lazımdır.

CAHANGİR



Baxış sayı: 1110

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024