12px13px15px17px
Tarix:16/08/12

“Apple” və “Samsung”a sonuncu şans verilib

Hakim Lüsi Kox “Apple” və “Samsung” rəhbərlərinin bir-birlərinə qarşı olan iddialarını sülh yolu ilə həll etməyə çağırıb. O qeyd edib ki, hər iki şirkətin direktoru ən azı telefon danışıqları apara bilərlər. "Sülh bağlamaq vaxtı artıq çatıb" – Lüsi Kox əmindir.

“ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, hakim vaxtını iki rəqib arasındakı mübahisəyə sərf etmək istəmir. Lüsi Kox bildirib ki, hər iki şirkət məhkəmə hökmünə ümid edirlərsə, o zaman böyük risk edirlər.

Əgər “Apple” və “Samsung” şirkətləri, sadəcə, əqli mülkiyyətləri ilə lovğalanmaq istəyirdilərsə, onda “missiya”nı yerinə yetirilmiş hesab etmək olar. “Apple” və “Samsung” şirkətləri arasında məhkəmə mübahisəsi artıq üçüncü həftədir ki davam edir.

Amerika korporasiyası “iPhone” və “iPad” qurğularının dizaynını köçürdüyünə görə rəqibindən 2,5 milyard dollar həcmində kompensasiya almağı hesablayır.

EMİL



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024