12px13px15px17px
Tarix:16/08/12

OLED-panellərə tələbat artacaq

"DisplaySearch" şirkətinin analitiklərinin fikrincə, üzvi işıq-diodlu panellər (OLED) bazarının həcmi onilliyin sonuna 10 dəfədən çox arta bilər. OLED-panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir.

Üzvi işıq-diodlar işığı müstəqil şəkildə şüalandırır. Belə olan halda onun işıqlandırılmasına ehtiyac qalmır. OLED-displeylər çox nazik olması və çağırışa qısa vaxt kəsiyində cavab verməsi ilə xarakterizə olunur və bu displeylərin istehsalının maya dəyəri kifayət qədər yüksəkdir.

Qiymətləndirmələrə əsasən, 2011-ci ildə OLED-displeylər bazarının həcmi pul vahidində 4 milyard dollara yaxınlaşıb. 2019-cu ilə gözlənildiyinə görə, satış həcmi 44 milyard dollara çata bilər. Hazırda istehsalçılar səylərini əsas etibarilə smartfon, çib oyun qurğuları və digər mobil aparatlar üçün kiçikölçülü OLED-ekranların buraxılışına yönəldiblər.

2011-ci ildə 19 milyona yaxın 5 düym diaqonallı üzvi işıq-diodlu panel satılıb. Cari ildə proqnozlara görə, 150 milyonadək belə ekran tədarük edilə bilər.

Xatırladaq ki, yaxın vaxtlarda LG və Samsung şirkətləri dünyanın ən böyük – 55 düymlü OLED-televizorlarının satışlarına başlayacaqlar.



Baxış sayı: 722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024