12px13px15px17px
Tarix:17/08/12

Azərbaycanın ekspres poçt xidməti Türkiyə bankı ilə əməkdaşlığa başlayır

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoct" MMC-nin "Azərexpresspost" ekspres poçt xidməti Türkiyənin "Yapi Kredi Bankası" üçün EMS (Express Mail Service) yollamaların ekspres çatdırılması xidmətlərinin göstərilməsinə başlayır.

Bu barədə  "Azərexpresspost"dan məlumat verilib. Yeni xidmət "Yapi Kredi Bankası" kreditorlarına respublikanın bütün ərazisinə bank kartlarının çatdırılmasını nəzərdə tutur. Operator tərəfindən bu prosesi avtomatlaşdırmağa imkan verən proqram təminatı hazırlanıb.

Hazırda "Azərexpresspost" bu layihə üzrə bəzi Azərbaycan bankları ilə danışıqlar aparır. Xidmət poçt yollamalarının hərəkətini izləmə sistemi ilə birləşdirilib ki, bu da real vaxt rejimində poçt yollamalarının internet vasitəsilə son təyinat nöqtəsinə çatmasını izləməyə imkan verir.



Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024