12px13px15px17px
Tarix:22/08/12

Azərbaycana büdcəli İP telefon təqdim edildi

"Cisco" şirkəti Azərbaycana "Cisco Unified 3905" büdcəli İP telefonunu təqdim etdi. Bu model həm telefon, həm də şəbəkə kimi geniş funksional imkanlara malikdir. "Cisco Unified" İP "Phone 3905" həm şəhər nömrələrinə, həm də İP ünvanlara zəng etməyə imkan verir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, telefon zəng edən barədə məlumatı göstərən maye-kristal displeyə malikdir. "Cisco Unified 3905"-in quraşdırılması və köklənməsi rahatdır. Telefonu lokal şəbəkəyə qoşmaq üçün ona Ethernet 10\100 Mbit\s olan kommutator birləşdirilib.

"Cisco Unified" İP "Phone 3905" zəngi gözləmə rejimi funksiyası ilə iki paralel daxil olan zəngləri dəstəkləyir. Telefonun dəstəyində səsli poçt qutusunda olan gözlənilən ismarışların göstərilməsi üçün işıq diodu mövcuddur. Telefonda daha çox istifadə edilən funksiyalara daha tez giriş üçün düymələr çox rahat yerləşdirilib.

Bunlardan: zəngi gözlətmə, zəngi yönəltmə, avtomatik zəng etmə, telefon kökləmələrinə keçmə və s. İP "Cisco Unified 3905" – baza funksiyaları olan telefon həm kiçik, həm də orta biznes üçün ideal həldir. İP telefonun bu modelini Azərbaycanda "Cisco"nun tərəfdaşı və "Premier" statusuna malik olan "ULTRA" şirkətindən əldə etmək olar.

Uzun müddətdir ki, "ULTRA" şirkəti Azərbaycanın İKT bazarında aparıcı mövqelərdən birini tutur. "ULTRA" şirkəti bugünkü gün biznesin maksimal effektivliyini təmin edərək və gələcəyin innovativ bazasını yaradaraq "Cisco"nun yüksək intellektual müasir həllərinin tətbiqi ilə məşğul olur.

Qeyd edək ki, "Cisco" şirkəti səsli rabitə, video və audiokonfranslar sistemi, şəbəkə kommunikasiyaları üçün həllərin istehsalçıları arasında dünya lideridir. Artıq uzun müddətdir ki, o, öz müştərilərinə İP kommunikasiyalar üçün etibarlı həllər təklif edir.

"Cisco" şirkətinin əsas istiqamətlərindən biri də İP telefonların istehsalıdır. "Cisco"nun İP telefonlar ailəsi müştərilərin texniki cəhətdən bütün tələblərinə cavab verən geniş çeşidli modellərə malikdir.

HƏQİQƏT



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024