12px13px15px17px
Tarix:22/08/12

Qlobal şəbəkə üçün Azərbaycanla bağlı izahlı istinadların siyahısı hazırlanır

2012-ci ilin birinci yarısında muzey fondlarının komplektləşdirilməsi, ekspozisiyalarının təkmilləşdirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, onlara əməli və metodiki kömək göstərilməsi, mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparılıb, muzeylər tərəfindən təqdim edilmiş hesabatlar təhlil edilib.

İşğal altında olan muzeylərin “www.diyarshunasliq.az” veb-saytı yaradılıb və onun təqdimatı keçirilib. Sayta daxil edilən məlumatlar muzey işçilərinin yaddaşında qalmış məlumatlara, onların şəxsi arxivlərində saxlanılan fotoşəkillərə əsaslanır.

Respublika üzrə virtual diyarşünaslıq muzeyləri şəbəkəsi yaratmaqda məqsəd əlaqəli məlumatlar bazası sistemi əsasında Azərbaycan regionlarının mədəni-tarixi, irsi obyektlərinin elektron kataloqunu formalaşdırmaq, eyni zamanda internet şəbəkəsində regional və dünya mədəniyyəti resurslarına Azərbaycanla bağlı izahlı istinadların siyahısını hazırlamaqdır.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) mətbuat xidmətindən məlumat verilib.

MTN-dən bildirilib ki, nazirliyin dəstəyi ilə “Qarabağın işğal altında olan ərazilərində mövcud olmuş turizm obyektlərinin (kurort sanatoriya obyektləri daxil olmaqla) siyahılaşdırılması, işğal nəticəsində Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” və “Qarabağın işğal altında olan maddi-mədəni itkilərinin siyahılaşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması” mövzularının araşdırılması da təklif edilib.

HƏQİQƏT



Baxış sayı: 585

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2020

22 02 2020

22/02/20
“Huawei” 5G-nin kommersiya istifadəsi üçün 91 müqavilə bağlayıb

Çinin “Huawei” şirkəti 5G texnologiyasının kommersiya istifadəsi üçün  91 müqavilə bağlayıb

22/02/20
“Xiaomi” 100 ən innovativ şirkətlər siyahısına daxil edilib

“Clarivate Analytics Plc.” şirkətinin hesabatına əsasən, “Xiaomi” ikinci dəfə dünyanın 100 ən 

22/02/20
Yaponiya Marsın peykinə kosmik zond göndərəcək

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentlyi (JAXA) Marsın Fobos peykinə zond göndərmək planı