12px13px15px17px
Tarix:22/08/12

İcazələrin elektron informasiya portalının xidmətlərindən istifadə genişlənir

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə "www.icazeler.gov.az" portalı yaradılıb.


Hazırda portal internet istifadəçiləri tərəfindən maraqla izlənilir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təkcə 2012-ci ilin iyul ayında 280-ə yaxını ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Avstriya, Rusiya, Koreya, Türkiyə və Gürcüstandan olmaqla 6 minə yaxın internet istifadəçisi portalın xidmətlərindən istifadə edib. Ümumilikdə isə istifadəyə verildiyi tarixdən indiyə qədər saytı 24 mindən çox istifadəçi ziyarət edib. Bundan başqa, iyul ayında mərkəzi icra hakimiyyəti orqanlarının 26 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib.

Qeyd edək ki, "www.icazeler.gov.az" portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.

HƏQİQƏT



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024