12px13px15px17px
Tarix:23/08/12

“Opera” şirkəti bazarda mövqeyini gücləndirir

"Opera" brauzerinin istehsalçısı olan Norveçin eyni adlı şirkəti rüblük nəticələrini elan edib. Nəticələrə əsasən, "Opera"-nın mobil biznesdə lider olduğu və stolüstü brauzerlər arasında zəif mövqedə qərarlaşdığı məlum olub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci il ikinci rübün nəticəsinə əsasən, "Opera Software" şirkətinin mədaxili ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32 faiz artıb və 52,1 milyon dollar təşkil edib.

Xalis mənfəət 4,1 milyon dollara bərabər olub. Şirkət mobil seqmentdə ötən illə müqayisədə 168 faiz daha çox qazanıb. Hazırda onun veb-brauzerindən 200 milyondan çox insan istifadə edir. "StatCounter" tədqiqat şirkətinin hesablamasına əsasən, "Opera Mini" və "Opera Mobile"-ın smartfonlar üçün brauzer bazarında payı 19 faiz təşkil edir.

EMİL



Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2019

21 09 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib