12px13px15px17px
Tarix:23/08/12

“Curiosity” marsaxodu Mars planetində 5 metr məsafə qət edib

NASA alimləri Mars planetinin səthində “Curiosity” marsaxodunun birinci hərəkət sınaqlarını həyata keçiriblər. Reaktiv hərəkət laboratoriyasından verilən məlumata görə, "sınaq uğurlu alınıb, bütün sistemlər son dərəcə yaxşı işləyir". "Curiosity" aparatı artıq sınağın fotolarını göndərib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Yer kürəsindən idarə olunan "Curiositi" aparatı Qeyla kraterindəki eniş nöqtəsindən 3 metr irəli hərəkət etdikdən sonra 90 dərəcə dönərək daha 2 metr hərəkət edib.

Aparatın məsafədən idarə olunması ilə Reaktiv hərəkət laboratoriyasının 24 mütəxəssisi məşğul olur. "Hər hərəkət mərhələsi üçün ayrıca mürəkkəb proqram tələb olunur" - NASA laboratoriyasının əməkdaşı Brayn Kuper qeyd edib.

Aparatın hərəkət imkanlarının növbəti vacib sınağı 2012-ci ilin sentyabrına planlaşdırılıb.

EMİL



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024