12px13px15px17px
Tarix:24/08/12

Nazir Misir səfiri ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Misir Ərəb Respublikasının ölkəmizdə diplomatik missiyasını başa vuran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb.

Görüşdə Azərbaycan və Misir arasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq, "İsgəndəriyyə" kitabxanasının direktoru İsmayıl Seragəldinin ölkəmizə səfəri, "BakuTel" sərgisi çərçivəsində "Kulturama" layihəsinin təqdim edilməsi, həmçinin 2005-ci ildə Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Tunisdə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

Sabir Əbdülqadir Mansur ölkəsində prezident seçkilərindən sonra yeni kabinetin müəyyənləşdirildiyini bildirib və bu sahəyə cavabdeh yeni nazirin təyin edildiyi haqda nazir Əli Abbasova məlumat verib.

Nazir Əli Abbasov da öz növbəsində cari ilin 6-10 noyabr tarixlərində Bakıda keçiriləcək İnternet İdarəçilik Forumunun Nazirlər Toplantısına yeni təyin edilmiş misirli nazirin dəvət ediləcəyini qeyd edib.

Nazir ümidvar olduğunu bildirib ki, Misirin İKT potensialının gücləndirilməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı İKT layihələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstəriləcək.



Baxış sayı: 1076

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024