12px13px15px17px
Tarix:27/08/12

Azərbaycan vətəndaşlarının viza almaları prosesi optimallaşdırılıb

Avropa Komissiyası  Avropa İttifaqı (Aİ) ilə ikitərəfli münasibətlərə, xüsusən ədliyyə və miqrasiya sahəsində münasibətlərə cavabdeh olan təsisatlarda islahatlar aparılmasına kömək məqsədi ilə  Azərbaycana yeni maliyyələşdirmə ayrıldığını elan edib.

Avropa Komissiyasının saytına istinadla xəbər verir ki,  həmin maliyyə dəstəyi  Aİ-Azərbaycan Fəaliyyət Planı, o cümlədən Azərbaycan vətəndaşlarının  viza almaları prosesinin optimallaşdırılması kontekstində  razılaşdırılmış tədbirlərin  həyata keçirilməsinə kömək edəcək.

Aİ-nin Azərbaycan üçün  illik fəaliyyət proqramı 2012-ci ildə 19,5 milyon avro məbləğində vəsait ayrılmasını nəzərdə tutur.

Avropa Qonşuluq və Tərəfdaşlıq  Aləti (ENPI) vasitəsilə həyata keçiriləcək maliyyələşdirmə  Avropa Qonşuluq Siyasətinin Prioritetlər Planı və institusional  islahatları çərçivəsində tədbirlər görülməsinə  yönəldiləcək.




Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024