12px13px15px17px
Tarix:27/08/12

Daşkəsən rabitəsi TAE xəttinə qoşulur

“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi istiqamətində son mərhələ olaraq  Gəncə-Daşkəsən  xəttinin tikintisinə başlanılıb. Bu barədə  “Aztelekom” İB-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, artıq Gəncədən Daşkəsən istiqamətində xəttin tikintisi davam etdirilir.

Bu layihənin həyata keçirilməsi ilə Gəncədən Daşkəsənədək bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da daha sürətli və  daha keyfiyyətli rabitə xidməti deməkdir. Daşkəsən rabitəsi  də TAE xəttinə qoşulduqdan sonra Azərbaycan MDB ölkələri arasında bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk respublika olacaq.

Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.

2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

RƏVAN




Baxış sayı: 1269

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024