12px13px15px17px
Tarix:27/08/12

“Nar Mobile” rəhbərliyi Olimpiya Oyunlarının qalibləri ilə görüşüb

Bu gün “Nar Mobile” rəhbərliyi London Olimpiya Oyunlarında iştirak edən Milli Olimpiya yığmamızın qalibləri ilə görüşüb. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, xüsusi təşkil olunan tədbirdə “Nar Mobile” əməkdaşları, Olimpiya qalibləri və onların məşqçiləri, Milli Olimpiya Komitəsinin nümayəndələri ilə yanaşı, media nümayəndələri də iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Nar Mobile”-ın baş direktoru Yurgen Pitz, Azərbaycanın Olimpiya Oyunlarında qazandığı uğurların əhəmiyyətindən danışaraq, ölkəmizin bütün dünyada tanınması yolunda daha bir möhtəşəm addımın atıldığını vurğulamış və idmançılarımızın bu prosesdə xüsusi töhfəsinin olduğunu alqışlayıb: “Bu gün bizlər üçün çox xoş və dəyərli bir gündür.

Biz, “Nar Mobile”-ın yeni baş ofisində ilk olaraq Olimpiya qaliblərini qəbul etməkdən çox məmnunuq. Mən şirkətimiz adından qalibləri təbrik edirəm. İdmançılar ölkə tarixində növbəti şərəfli tarix yazıblar – bu dəfə 10 medal ilə Olimpiyanı bitiriblər.

Azərbaycan himninin səsləndirilməsi, bayrağının dalğalanması bütün Azərbaycan vətəndaşlarında və bu ölkəyə azarkeşlik edən insanlarda iftixar hissi yaradıb. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir! “Nar Mobile” da, öz növbəsində, Milli Olimpiya Yığmasının rəsmi tərəfdaşı olaraq, idmançılarımızın uğurlarına sevinir və onlara növbəti 2014-cü ildə Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında uğurlar diləyərək yeni qələbələr arzulayır”.

İdmançılar öz növbələrində, ölkə rəhbərliyinə, Milli Olimpiya Komitəsinə, Azərbaycan xalqına və “Nar Mobile”-a minnətdarlığını bildirdilər: “Qazanılan hər qələbə hər bir azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. Biz olimpiadada iştirak etdiyimiz zaman vətənimizdən çox böyük dəstək olduğunu hiss edirdik. Ölkə rəhbərliyindən tutmuş, adi vətəndaşımıza kimi dəstək var.

Bizə dəstək olanlardan biri də məhz “Nar Mobile” şirkəti oldu. Şirkət bizə bu şəraiti yaratmışdır. Azərbaycan ilə əlaqə  saxlayırdıq və motivasiya əldə edirdik və bu bizi daha da ruhlandırırdı. Buna görə “Nar Mobile”-a öz dərin minnətdarlığımızı bildiririk” – deyə olimpiyaçılar söyləyib. 

Görüşün sonunda idmançılarımız “Nar Mobile”-ın əməkdaşları ilə görüşərək, onlarla Olimpiya Oyunları zamanı keçirdikləri hissləri bölüşmüşlər. İdmançılarımıza, xüsusi illik balans olan nömrələr də daxil olmaqla, dəyərli hədiyyələr təqdim olunub.

“Nar Mobile” Olimpiadada iştirak edən bütün idmançılarımızı və onların məşqçilərini təbrik edir və olimpiyaçılarımıza dəstək olmağa hazır olduğunu bildirir.

RƏVAN




Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024