12px13px15px17px
Tarix:27/08/12

“Facebook” yeni kampusu abadlaşdıracaq

“Facebook” sosial şəbəkəsi Menlo-Park şəhərində yerləşən qərargahının ərazisini genişləndirməyə hazırlaşır. Mark Zukerberqin şirkəti Qərb kampusuna 2011-ci ilin dekabrında köç edib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, yeni binaların layihələndirilməsi və ərazinin abadlaşdırılması ilə “Gehry Partners” bürosu məşğul olacaq. Bu şirkət məşhur memar Frenk Qeriyə məxsusdur.

Hazırda “Facebook” əməkdaşlarının əksər hissəsi Şərq kampusunda yerləşib. Bu kampus 6600 insana qədər tutur. Qərb kampusunda da 2800 insanın yerləşdirilməsi planlaşdırılıb. Qərb kampusu Şərq kampusundan Beyfront avtomobil magistralı ayırır.

Sosial şəbəkənin yeni qərargahının sahəsi təxminən 93 min kvadratmetr, bütün kampusun ərazisi isə 57 akr (təxminən 230 kvadrat kilometr) təşkil edir. Yeni kampusda fitnes-mərkəz, basketbol meydançası, konfrans zalı və iki kafe yerləşəcək.

EMİL




Baxış sayı: 1308

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024