12px13px15px17px
Tarix:28/08/12

Yerli simsiz internet operatorun endirimli kampaniyaları sona çatır

“Sazz 4G” internetin elan etdiyi endirimli yay kampaniyası,  eləcə də loyallıq kampaniyası  avqustun 31-də başa çatır. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, əvvəlcədən ödənilən 4 aylıq abunəçi haqqına görə abunəçilər əlavə 15 gün, 6 aylıq abunəçi haqqına görə isə əlavə 1 ay pulsuz internet əldə edə bilərlər.

“Sazz 4G” internet yay endirim kampaniyasına isə üç paket təqdim edib.Qiyməti 99 manat təşkil edən birinci paketə pulsuz qoşulma, iki aylıq abunə haqqı və “AX326 USB” modemi daxildir.

159 manatlıq ikinci paketə pulsuz qoşulma və altı aylıq abunə haqqı ilə bərabər, bu paketə “AX326 USB” modemi daxildir.

Dəyəri 329 manat olan üçüncü paket isə abunəçilərə böyük endirimlə bərabər, həm də seçim imkanı verir. Belə ki, həmin paketi almağa qərar verənlər pulsuz qoşulma və 10 aylıq abunə haqqı ilə bərabər, iki avadanlıq komplektindən birini seçə bilərlər. Bunlardan birinə “AX326 USB” modemi, “SX361” gücləndiricisi və “MF-10 Wi-Fi” routeri, digərinə isə “AX350 WiFi-WiMax” mərkəzi daxildir.

Kampaniyadan faydalanmaq istəyən abunəçilər Süleyman Rüstəm küçəsi, 9 ünvanında (“28 May” metro stansiyasının yaxınlığında) yerləşən “Sazz 4G” baş ofisinə və ya istənilən “Sazz 4G” brend mağazasına müraciət edə bilərlər.
 
CAHANGİR




Baxış sayı: 1357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024