12px13px15px17px
Tarix:29/08/12

Yerli provayder Avropada 1,4 terabitlik marşrutlaşdırıcı quraşdırıb

Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkəti Frankfurtda (Almaniya) beynəlxalq trafik mübadiləsi nöqtəsində yeni marşrutlaşdırıcı quraşdırıb. Bu barədə şirkətin texniki direktoru Rahid Ələkbərli bildirib.
R.Ələkbərlinin sözlərinə görə, "Delta Telecom" "Juniper Networks" şirkətinə məxsus buraxılış qabiliyyəti 1,4 Tbit/saniyə olan MX seriyalı marşrutlaşdırıcını quraşdırıb və istismara verib.

MX seriyalı marşrutlaşdırıcılar biznes, mobil və ev şəbəkələri üçün bütün növ servisləri təmin etmək iqtidarında olan universal sərhədyanı platformalar kimi fəaliyyət göstərir.

"Beynəlxalq nöqtədə avadanlığın quraşdırılması bilavasitə xidmətlərin keyfiyyətinə təsir edir. Bu da, ilk növbədə, ən yaxın marşrutlar vasitəsilə beynəlxalq internet şəbəkəsinə birbaşa çıxış əldə etməyə imkan verir. Hazırda "Delta Telecom" şəbəkəsi Avropanın 10-dan artıq beynəlxalq magistralı ilə birləşib", - R.Ələkbərli qeyd edib.
 




Baxış sayı: 1366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024