12px13px15px17px
Tarix:29/08/12

“Rapiscan-628” sayəsində qovluqdan 38100 ABŞ dolları çıxdı

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Rapiscan-628” markalı X-RAY aparatı yenə ortaya maraqlı görüntülər çıxarıb. Belə ki, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Rostamipour Davar Hosseinə məxsus baqaj sözügedən aparatda yoxlanılarkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları R.D.Hosseinin çamadanına baxış keçirən zaman çamadanda olan qovluğun içindəki sənədlərin arasından hər biri 100 ABŞ dolları nominalında olmaqla 381 ədəd pul əskinası aşkarlanıb: “Halbuki adıçəkilən vətəndaş apardığı malları yazılı və ya elektron formada bəyan etməyib, həmçinin gömrük əməkdaşı tərəfindən mütləq qaydada bəyan ediləsi malların olub-olmaması barədə şifahi sorğu-sual edilərkən üzərində və baqajında 1000 ABŞ dollarından artıq xarici valyuta və digər mütləq bəyan olunası malların olmadığını bildirib”.

Faktla bağlı izahatında isə R.D.Hossein ticarət fəaliyyəti ilə məşğul olduğunu və Bakıdakı hesabından 38192 ABŞ dollarını çıxarıb, özü ilə nağd şəkildə İran İslam Respublikasına aparmaq istədiyini deyib. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah edib.

HƏQİQƏT




Baxış sayı: 982

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024