12px13px15px17px
Tarix:29/08/12

2013-cü ildə smartfonlar ən populyar mobil aparat növünə çevriləcək

“iSuppli” şirkəti smartfonların populyarlığının artacağını və ənənəvi mobil telefonların payının azalacağını qeyd edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2011-ci ildə telefonların ümumi tədarük həcminin 35 faizi smartfonların payına düşüb. 2012-ci ildə bu göstəricinin 46 faizə qədər artacağı və 2013-cü ildə 54 faiz təşkil edəcəyi gözlənilir. 2016-cı ilədək "ağıllı" telefonların payı 67,4 faiz  təşkil edə bilər.

Genişləndirilmiş funksionala malik mobil telefonların bazar payı  2011-ci ildə 46 faizə bərabər olub. 2012-ci ildə onların bazar payı 41 faizə, 2016-cı ildə təxminən 28 faizə bərabər olacaq.

“IDC” analitik şirkətinin hesablamasına görə, 2012-ci ilin ikinci rübündə dünyada təxminən 406 milyon mobil aparat satılıb. Bu göstərici 2011-ci illə müqayisədə 1 faiz çoxdur.


EMİL



Baxış sayı: 1123

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024