12px13px15px17px
Tarix:30/08/12

“.az” domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 15 minə yaxınlaşır

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmağa davam edir.

“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, “.az” domen zonasında artıq 14890 domen adı qeydiyyatdan keçib.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1828, qeydiyyata düşən domenlərin sayı isə 3545-ə bərabərdir.
Domenlərin böyük əksəriyyəti “.az” (13800) domeninin payına düşür. Həmçinin 632 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.







Sonrakı yerlər aşağıdakı kimidir:
  1. .pro.az           4
  2. .name.az          5
  3. .biz.az           14
  4. .info.az         23
  5. .co.az            36
  6. .pp.az            42
  7. .int.az            44
  8. .net.az           55
  9. .org.az           84
  10. .edu.az         147
 
“.mil.az”, “.samux.az”, “.zaqatala.az”, “.ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustın 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
 
EMİL




Baxış sayı: 1290

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024