12px13px15px17px
Tarix:30/08/12

Nazir “Telia Sonera” şirkətlər qrupunun prezidenti ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azercell"in də daxil olduğu dünya şöhrətli  "Telia Sonera" şirkətlər qrupunun prezidenti Lars Nybergin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə nazir Əli Abbasov qonaqlara Azərbaycanda İKT sektorunda həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib.

Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün 350 milyon dollar vəsait ayrılmasının nəzərdə tutulduğunu qeyd edən nazir,  eyni zamanda bildirib ki, bu,  ölkə əhalisinin "4G" texnologiyaları ilə təmin olunmasında mobil operatorların fəaliyyətini daha da genişləndirəcəkdir.

Şərqlə Qərb arasında informasiya körpüsü təşəbbüsünü ələ alan Azərbaycanda  regional İT layihələrinin miqyasının artırılmasının qarşıya məqsəd qoyulduğunu bildirən nazir bu istiqamətdə həm regional infrastruktura, həm də regional informasiya xidmətlərinə investisiya qoyuluşunun nəzərdə tutulduğunu diqqətə çatdırıb.

"Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cari ilin mart ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu növbəti ilin yanvar ayından etibarən böyük layihələr üçün vəsait ayrılmasına başlayacaq. Yaxın zamanlarda İKT xidmətləri göstərən şirkətlər üçün vergi və gömrük sahəsində Nazirlər Kabinetinin xüsusi güzəştlər təmin etməsi nəzərdə tutulur"- deyə Ə.Abbasov qeyd edib.

Bunlarla yanaşı,  "Telia Sonera"nın Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən nazir bu şirkətlər qrupuna daxil olan  "Azercell Telekom" MMC-nin son illər uğurlarının artmasını və bu nailiyyətlərin ölkə iqtisadiyyatında da xüsusi payı olduğunu vurğulayıb.

Səmimi qarşılanma üçün minnətdarlığını bildirən Lars Nyberg mobil operatorlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin töhfə verəcəyinə əminliyini  qeyd edib.

Azərbaycandakı uzunmüddətli  fəaliyyətlərinə də toxunan "Telia Sonera" şirkətlər qrupunun prezidenti ölkəmizin son dövrlərdə dünya səviyyəsində uğurlara imza atdığını, xüsusilə də "Eurovision-2012" Mahnı Müsabiqəsinin  bütün dünyaya uğurla nümayiş etdirildiyini vurğulayıb. Lars Nyberg həmçinin Azərbaycanın "4G" texnologiyasının tətbiqi üzrə regionda ilk ölkə olmasını da təqdirəlayiq hal kimi xarakterizə edib.  

"4G" texnologiyaları ilə əlaqədar Azərbaycanda mobil internetə tələbatın çox sürətlə artdığını deyən nazir Əli Abbasov  "Azercell Telekom" MMC-nin qarşısına qoyulan tələblərin öhdəsindən uğurla gəldiyini vurğulayıb. Növbəti ildə mobil internetə olan tələbatın daha da yüksələcəyini nəzərə alaraq, nazir əsas mobil operatorlardan biri kimi "Azercell"in bu istiqamətdə səylərinin bir qədər də artırılmasını vacib sayıb.

Sonda bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək İnternet İdarəçiliyi Forumu barədə də nümayəndə heyətinə məlumat verilib. "Telia Sonera" şirkətlər qrupunun prezidenti xüsusi qonaq qismində İnternet İdarəçiliyi Forumuna və "BakuTel" sərgi-konfransına dəvət olunub.




Baxış sayı: 964

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye