12px13px15px17px
Tarix:30/08/12

Qulaqcıqlarda yüksək səs reaktiv mühərrikin uğultusu kimi ziyanlıdır

“Əgər qulaqcıqlardakı səsin səviyyəsi tam gur olsa, bu, sinir hüceyrələrinin örtüyünə zərər vura və müvəqqəti karlığa səbəb ola bilər” - Lester Universitetinin alimləri bu qənaətə gəliblər. Onların qiymətləndirməsinə görə, pleyer və digər qurğularla istifadə edilən qulaqcıqlarda tam gurluluq reaktiv mühərrikin uğultusu ilə müqayisə edilə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, 110 dB-dən yuxarı səs səviyyəsinin müvəqqəti karlıq və tinnitus yarada biləcəyi məlumdur. Tədqiqat müəlliflərinin bəyanatına görə, onlar ilk dəfə bu hadisələrin sinir səviyyəsində səbəbini müəyyən ediblər.

Alimlər izah edirlər ki, elektrik siqnallarını qulaqdan beynə ötürən sinir hüceyrələri elektrik izolyasiyası rolunu yerinə yetirən örtüyə malikdir. Qulaqlar güclü səs təsirinə məruz qaldıqda örtük “məhv” ola bilər və o zaman siqnalların ötürülməsi pisləşər.


 
EMİL




Baxış sayı: 2057

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024