12px13px15px17px
Tarix:31/08/12

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 870 mini ötüb

2012-ci il avqustun 31-nə olan məlumata əsasən, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 870 mini ötüb. Müqayisə üçün bildirək ki, 2012-ci il iyunun əvvəlində bu göstərici 780,340 idi.

"ICTnews.az" elektron xəbər xidməti "1news.az" saytına istinadən bildirir ki, son 6 ay ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 168 min və ya 23.97 faiz, 3 ay ərzində isə artım 90.440 və ya 11.59 faiz təşkil edib. Son ay ərzində istifadəçi artımı 15.6 min və ya 1.82 faiz təşkil edib.

Son həftə ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 3220 və ya 0.37 faiz artıb.
Azərbaycan "Facebook"un istifadəçilərin sayı üzrə tərtib edilmiş reytinqdə artıq 84-cü yerdə qərarlaşıb.

Müqayisə üçün: iyulda 85-ci, iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer almışdı.
Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (100), Estoniya (105), Belarus (108), Latviya (110), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (155), Tacikistan (172) və Türkmənistan (202) ölkələrini qabaqlayıb.

Azərbaycanda "Facebook"dan əhalinin 10.51 faizi və ölkənin ümumi internet istifadəçilərinin 23.66 faizi istifadə edir.

Azərbaycanda "Facebook" istifadəçilərinin 49 faizi 18-24, 22 faizi  25-34, 11 faizi 16-17, 7 faizi - 13-15, 6 faizi 35-44, 1 faizi 45-54 yaş aralığındadır.
 
Azərbaycanda "Facebook" pərəstişkarlarının əksəriyyəti əvvəlki kimi kişilərdir (63 faiz).

ABŞ (163 milyon) "Facebook" istifadəçilərinin sayına görə əvvəlki kimi liderdir. İkinci yerdə Braziliya (56 milyon), üçüncü yerdə Hindistan (53), dördüncü yerdə isə İndoneziya (44 milyon) qərarlaşıb.
Qeyd edək ki, reytinqdə 213 ölkə təqdim edilib.
 




EMİL




Baxış sayı: 1446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024