12px13px15px17px
Tarix:18/07/11

Dünyanın ən təhlükəsiz veb-səyyahı hansıdır?

“Microsoft” şirkətinin “İnternet Explorer 9” səyyahı istifadəçinin müxtəlif zərərli saytlardan müdafiə olunması nöqteyi-nəzərindən ən təhlükəsiz veb-səyyahdır. Bu barədə Avropanın 20 ölkəsində, Rusiya da daxil olmaqla “NSS Labs” şirkəti tərəfindən keçirilən tədqiqatda bildirilib.
İkinci yerdə eyni səyyahın əvvəlki versiyası – “İnternet Explorer 8” olub. Haker resursları ilə mübarizədə effektivlik göstəricisi 90% təşkil edib. Veb-səyyah bazarında “Microsoft”un əsas rəqibləri olan “Safari 5”, “Firefox 4” və “Chrome 10” yalnız 13% saytları bloklayaraq, əhəmiyyətli dərəcədə geri qalıblar. Ən pis göstəricini 5% nəticə ilə “Opera 11” səyyahı nümayiş etdirib.
Analitiklər bu tədqiqat nəticələrinin kifayət qədər mübahisəli olduğunu qeyd ediblər. Təxminən 1 il əvvəl “NSS Labs” şirkəti artıq belə test nəticələrini dərc etmişdi, ancaq bir sıra səyyah istehsalçıları, əsasən “Google” və “Opera” narazılıqlarını bildirmişdilər. Bundan başqa, tədqiqat sponsorları arasında “Microsoft” şirkəti iştirak etmişdi və 1-ci yerdə də onun məhsulu olmuşdu. Yeni tədqiqat çərçivəsində “NSS Labs” nümayəndələri bildirbilər ki, testləri tamamilə açıq şəraitdə keçiriblər və bütün səyyah istehsalçılarını iştirak üçün dəvət ediblər. Tədqiqatda zərərli kodun müxtəlif növləri ilə yoluxmuş resurslar iştirak ediblər. "İnternet Explorer 9” ən yaxşı müdafiə olunan səyyah olub", - “NSS Labs”dan bildirilib.


www.cnews.ru



Baxış sayı: 1254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024