12px13px15px17px
Tarix:03/09/12

İntellektual radar və videokamera sistemlərinin sayı artırılacaq

Bakı-Ələt-Hacıqabulun ardınca Hacıqabul-Gəncə-Qazax avtomagistralında müasir intellektual radar və videokamera sistemlərinin quraşdırılması işləri həyata keçiriləcək. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sonuncu olaraq belə bir layihə Bakı-Quba magistralında həyata keçirilib. İdarədən verilən məlumata görə, Hacıqabul-Kürdəmir magistralının genişləndirilməsi ilə bu layihə orada da həyata keçiriləcək.

Bu radarların köhnələrdən fərqi proqram əsasında fəaliyyət göstərməsi və ağıllı videokamera sisteminə malik olmasıdır.

Yeni texnologiya vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri müəyyənləşdirmək asanlaşıb. Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə malikdir.

Bu sistem vasitəsilə vaxt və məsafə intervalına görə nəqliyyat vasitəsinin orta sürətini hesablamaq mümkündür. Yaxın gələcəkdə digər magistral yollara da yeni radarların qoyulması gözlənilir. Bundan başqa magistral yollarda elektron tərəzilərin sayı da artırılacaq.

RƏVAN




Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Yanvar 2021

19 01 2021

19/01/21
“Bloomberg”: “Apple” şirkəti qatlanan “iPhone” smartfonu üzərində işlərə başlayıb

“Apple” şirkəti qatlanan ekrana malik smartfon hazırlamağa başlayıb. Bu haqda öz mənbəsinə istinadən “Blo

19/01/21
2024-cü ilədək Çin "Əşyalar interneti" üzrə ən böyük bazara çevriləcək

Çin 2024-cü ildə ABŞ-ı geridə qoyaraq dünyada "Əşyalar interneti" üzrə ən böyük bazar olacaq.

19/01/21
Xəbərdarlıq: Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müra

19/01/21
“3K” ekranlı noutbuk nümayiş olunub

Çinin “Chuwi” şirkəti “Herobook” noutbukunun yenilənmiş “HeroBook Pro ” versiyasını nümayiş etdi

19/01/21
“Samsung Galaxy S20” smartfon seriyası satışdan çıxarılır

“Samsung Electronics” şirkəti ötən həftə qabaqcıl “Galaxy S21” seriyasını təqdim etdikdən və ilkin sifar

19/01/21
On birinci nəsil “Intel Core” prosessorlu “Huawei” noutbukları təqdim edilib

“Huawei” şirkəti noutbuklar çeşidini yeniləyərək aktual “MateBook X Pro”, “MateBook 13” və “Mat

19/01/21
“Samsung” fərdi kompüterlər üçün “Exynos” prosessorları hazırlayır

“Samsung” şirkəti “Exynos” prosessorlarının tətbiqi sahəsini genişləndirmək niyyətindədir. Belə ki, persp