12px13px15px17px
Tarix:03/09/12

Naxçıvan Dövlət Universitetində multimedia taksofonu quraşdırılacaq

Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial Xidmət Mərkəzində multimedia taksofonu quraşdırılacaq. “ICTnews.az” elektron xəbər xidməti «publika.az»a istinadən xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin Anadolu Universitetindən gəlmiş nümayəndə heyəti ilə keçirilən görüşdə NDU-nun rektoru, akademik İsa Həbibbəyli məlumat verib.

Qeyd edək ki, avqust ayında “Aztelekom” İB regionlarda multimedia taksofonları qurmaq niyyətində olduğu ilə bağlı açıqlama verib. Məlumatda qeyd edilirdi ki, birlik bununla bağlı müəyyən hesablamalar aparıb və təqribi taksofonların qurulacağı əraziləri müəyyənləşdirib.

Aprel ayında Bakıda qurulan müasir multimedia taksofonlarına bənzər olan universal tipli multimedia taksofonları həm kartla, həm də qəpiklə işləyəcək. Birlikdən verilən məlumata görə, hazırda bölgələrdə 128 taksofon fəaliyyət göstərir. Bunların 66 ədədi qəpiklə işləyir, 62 ədəd isə universal tipli taksofonlardır.


SEYMUR




Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2020

20 09 2020