12px13px15px17px
Tarix:03/09/12

Ali məktəblərdə elektron kitabxanalar yaradılır

Azərbaycanda ali məktəb kitabxanalarının nümunəvi əsasnamə layihəsi hazırlanıb. Bunu  Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib. Onun sözlərinə görə, indiyədək ali məktəb kitabxanalarının nümunəvi əsasnaməsi olmayıb.

Əsasnamə kitabxanaların işləmə mexanizmini, kitab fondunun hansı formada saxlanılmasını, maliyyələşdirmənin hansı formada həyata keçirilməsini müəyyənləşdirəcək. "Bu gün kitabxana sahəsində böyük yeniliklər var. Artıq ali məktəblərin kitabxanalarında elektron kitabxanalar yaradılır.

Bu işi tənzimləmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bir əsasnamə olmalıdır ki, kitabxanalar da həmin sənədə uyğun olaraq, işlərini eyni qaydada qursunlar", - Hüseynova deyib.
Nazirlik rəsmisi sənədin Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcəyini qeyd edib.




RƏVAN




Baxış sayı: 1152

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024