12px13px15px17px
Tarix:03/09/12

Noutbuklar mobil telefonları simsiz enerji ilə doldura biləcək

“İntel” şirkəti “Integrated Device Technology” (IDT) ilə digər qurğuları enerji ilə "hava" ilə doldura bilən çipset hazırlaması ilə məşğul olub. O, ultrabuk, kompyuter-monoblok, smartfon və avtonom “qida” mənbələri üçün hesablanacaq. Birinci belə çipseti 2013-cü ilin əvvəlinə istehsal etmək planlaşdırılır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, simsiz enerji heç də yeni texnologiya deyil. Hələ 2009-cu ilin ortasında qurğunu enerji ilə simsiz dolduran “Palm Pre” smartfonu təqdim edilmişdi və 2011-ci ildə “LG”, “Powermat” və “Duracell” şirkətləri öz simsiz enerji doldurma variantlarını təqdim etdilər.

"Hava" ilə enerji doldurulması ilə digər iri şirkətlər də maraqlanır. 2012-ci ilin mayında “Samsung”, “Qualcomm” və digər beş şirkət  “Alliance for Wireless Power” (A4WP) təşkilatının yaradılmasını elan etdilər.

Təşkilat simsiz enerji doldurulması texnologiyasının hazırlanması və standartlaşdırılması ilə məşğul olacaq. Qrupun məqsədlərindən biri eyni anda bir neçə qurğunu enerji ilə doldurmağa qadir sistem yaratmaqdır.
 
EMİL




Baxış sayı: 3607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024