12px13px15px17px
Tarix:04/09/12

Culian Assanjın tərəfdarları İsveçin bir sıra rəsmi saytlarına hücum ediblər

İsveçin bir sıra hökumət saytları haker hücumları nəticəsində bir neçə saatlıq bloklanıb. Culian Assanjın tərəfdarları məsuliyyəti öz üzərlərinə götürüblər. Onun tərəfdarlarının bəyanatına əsasən, İsveç hökumətinin rəsmi saytlarına, İsveçin Silahlı Qüvvələrinin saytına hücum edilib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, İsveçin Silahlı Qüvvələrinin rəqəmli media bölməsinin direktoru Niklas İnqlund onların saytının fəaliyyətində “DDoS” hücumla əlaqədar müəyyən çətinliklər yaşandığını təsdiq edib.

Assanjın tərəfdarlarının mesajında deyilir ki, İsveç Assanjı rahat buraxmalıdır. Qeyd edək ki, Culian Assanj iyunun 19-dan Ekvadorun Londonda yerləşən səfirliyinin ərazisində gizlənib.




 
EMİL




Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024