12px13px15px17px
Tarix:04/09/12

“Mozalan” filmlərinin internet məkanı

Ensiklopedik “azerbaijans.com” saytı maraqlı yenilənmələri ilə daim gündəmdədir. Azərbaycan milli mədəniyyətinə xüsusi önəm verən saytın bu dəfə “Kino” bölməsinə “Mozalan” satirik jurnalı” linki əlavə edilib.

“ICTnews” elektron xəbər xidmətinə saytın redaksiyasından verilən məlumata görə, linkdə Azərbaycanın kino salnaməsində mühüm hadisələrdən biri hesab olunan “Mozalan” satirik kinojurnalı haqqında məlumat və 300-dən artıq filmin videoçarxı yerləşdirilib: “Qeyd edək ki, 1971-ci ildə "Azərbaycanfilm" kinostudiyasının nəzdində təsis edilən “Mozalan”  kinojurnalının indiyə qədər 180-dən çox nömrəsi istehsal edilib.

3, bəzən də 4 bədii, sənədli və cizgi süjetin yer aldığı nömrələrdə əsas süjet xəttini cəmiyyətdəki neqativ hallara qarşı mübarizə, xoşagəlməz hadisələri geniş tamaşaçı auditoriyasına satirik dillə çatdırmaq təşkil edir. Xüsusilə kino həvəskarlarının ürəyincə olacaq bu yenilənmə vasitəsilə hər bir istifadəçi rahatlıqla müxtəlif illərdə lentə alınmış və Azərbaycan kino sənətində xüsusi mərhələ olan “Mozalan” filmlərini seyr edə biləcək”.


HƏQİQƏT




Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024